Bakıda oğurluq törədən 5 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Xətai RPİ 35-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, iyulun 13-də rayon ərazisində 62 saylı xətt avtobusundan 200 manat pul oğurlayan Bakı şəhər sakini Sənan Hacıyevi saxlayıblar.

Bundan başqa, Xətai RPİ 37-ci polis şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, avqustun 2-də rayon ərazisindəki ofislərin birindən 3000 manat dəyərində elektrik naqili oğurlayan Bakı şəhər sakinləri Vasif Əliyev və bir yeniyetməni saxlayıblar.

DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 9-da Sabunçu dəmir yolu stansiyasının ərazisində, 30 metr misdən olan kabeli kəsərək oğurlayan Saatlı rayon sakinləri, əvvəllər məhkum olunmuş Samir Qasımov və Barat Qasımov saxlanılıblar.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *