Bərdə sakinin evində narkotik və silah-sursat aşkar edilib

Median.Az xəbər verir ki, Bərdə RPŞ-nin əməkdaşları daxil olan məlumat əsasında şəhər sakini Telman Abbasovu saxlayıblar.

Onun evinə baxış zamanı 67,2 qram civə, 8,5 qram marixuana, 2 ədəd qaz tapançası, ona aid 7 ədəd patron və 2 ədəd patron darağı, 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi, 1 ədəd tir tüfəngi və 72 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

RPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *