Nəsimi polisi mobil telefon oğurlayan şəxsləri saxlayıb

Median.Az xəbər verir ki, Nəsimi RPİ 22-ci polis şöbəsinin əməkdaşları keçirdikləri istintaq-axtarış tədbirləri nəticəsində, bu il yanvarın 3-də Bakı şəhər sakini A.İsgəndərovanın mobil telefonunu oğurlayan Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Zaur Tağıyev saxlayıblar.

Bundan başqa, 22-ci polis şöbəsinin əməkdaşları keçirdikləri əməlliyyat-axtarış tədbirləri nəticəsində, avqustun 9-da rayon ərazisində “Mercedes” markalı avtomobildən mobil telefon oğurlayan Bakı şəhər sakini Eldar Atayevi saxlayıblar.

Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 177.1-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *