Nəsimi rayonunda soyğunçuluq edən şəxs saxlanılıb

Median.Az xəbər verir ki, avqustun 11-də S.Vurğun küçəsində naməlum şəxs Bakı şəhər sakini Y.Orucova məxsus, içərisində mobil telefon və sənədlər olan çantasını soyğunçuluq yolu ilə ələ keçirib.

Nəsimi RPİ 21-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt sakini Seymur Səlimovu saxlayıblar.

Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *