Abşeronda ölümlə nəticələnən qəza səbəbkarına hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayon sakini Zaur Rəcəbovun CM-nin (yol hərəkəti qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.

Median.Az xəbər verir ki, bu il fevralın 16-ı saat 12 radələrində Saray qəsəbəsində Zaur Rəcəbov idarə etdiyi “NAZ Lifan” markalı avtomobili yolun kənarında dayanmış, həmyerlisi Ağası Ağayevə məxsus “VAZ-2106” markalı avtomobilə vurub. Nəticədə A.Ağayev hadisə yerində keçinib, Z.Rəcəbov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Hadisə yerinə Abşeron RPİ-nin əməkdaşları cəlb olunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub və o, iclas zalında həbs edilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *