Nəsimi polisi avtomobildən pul oğurlayan şəxsi saxlayıb

Median.Az xəbər verir ki, Nəsimi RPİ 20-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, iyulun 16-da rayon ərazisindəki avtomobillərin birindən 850 manat və 250 dollar oğurlayan paytaxt sakini Taleh İbrahimovu saxlayıblar.

Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 177.1-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *