DİN əməkdaşları insan alverində ittiham olunan qadını saxlayıblar

Median.Az xəbər verir ki, DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən axtarışda olan Günel Hüseynova həbs edilib.

G.Hüseynova 1992-ci ildə Daşkəsən rayonunda anadan olub, Gəncə şəhər sakinidir. Barəsində CM-nin 144-1-ci (insan alveri) maddəsi ilə bu il axtarış elan edilib. Buna
zərərçəkmiş şəxslərin İdarəyə şikayət etməsi və bunun əsasında aparılmış araşdırma səbəb olub.

Müəyyən edilib ki, o bir neçə qadını Türkiyəyə aparıb və orada cinsi istismara məruz qoyub.

Faktla bağlı istintaq aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *