Marlen Əsgərov vəfat etdi

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərov 81 yaşında vəfat edib.

Son vaxtlar səhhətində ciddi problemlər olan M.Əsgərov ev şəraitində müalicə alırdı.

İxtisasca mühəndis-elektrik olan M.Əsgərov 2005-ci ilin oktyabr ayından “Azərenerji”nin vitse-prezidenti vəzifəsində çalışırdı.

Marlen Əsgərov ailəli olub, üç övladı var.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *