Yasamalda avtomobildən 1000 manat oğurlayan yeniyetmə tutulub

Median.Az xəbər verir ki, Yasamal RPİ 29-cu polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da Bakı şəhər sakini E.Bağırzadənin “Toyota” markalı avtomobilindən 1000 manat, eynək və şəxsiyyət vəsiqəsi oğurlayan paytaxt sakini olan yeniyetmə saxlanılıb.

Faktla bağlı CM-nin 177.1-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *