Nəsimi polisi xuliqanlıq edən şəxsi saxlayıb

Median.Az xəbər verir ki, sentyabrın 21-də R.Behbudov küçəsində naməlum şəxs Bakı şəhər sakini Şirazi Qarayevi bıçaqla hədələyib, habelə “Mercedes” markalı avtomobilinin şüşəsini və güzgüsünü sındırıb.

Bununla əlaqədar zərərçəkmiş Nəsimi RPİ 22-ci polis bölməsinə müraciət edib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni xuliqanlıq zəminində törədən paytaxt sakini Şahin Səmədov saxlanılıb.

Faktla bağlı CM-nin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *