Balakən sakinindən külli miqdarda marixuana aşkar edilib

Median.Az xəbər verir ki, Balakən RPŞ-nin əməkdaşları daxil olan məlumat əsasında Mahmalar kənd sakini Zaur Məmmədovun (1998-ci il təv.) yaşadığı evdə, 1 kq 750 qram marixuana aşkar ediblər.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs Tülü kəndi ərazisində kultivasiya yolu ilə çətənə kolları əkib-bəcərib. Göstərilən yerə baxış zamanı, oradan 4 ədəd çətənə kolu aşkar edilərək, götürülüb.

RPŞ İstintaq bölməsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə külli miqdarda əldə etmə və saxlama) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *