Ağcabədi rayonunda “VAZ”la traktor toqquşub, 1 nəfər ölüb

Median.Az xəbər verir ki, sentyabrın 29-da rayon ərazisində Qaravəlli kənd sakini Hüseyn Bayramovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillə şəhər sakini Elçin İbrahimovun idarə etdiyi “MTZ-82” markalı traktor toqquşub.

Nəticədə “VAZ”-ın sərnişini, sürücünün atası Mehdi Bayramov Mərkəzi Rayon Xəstəxanasında keçinib.

DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *