“Azərsu” leysan yağışlarına hazırdır? – AÇIQLAMA

Bakıda bir müddət əvvəl yağan leysan yağışları nəticəsində yaranan problem aradan qaldırılır.

Bunu oxu.az-a açıqlamasında “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib.

Onun sözlərinə görə, Bakıda yağan leysan xarakterli yağışlar nəticəsində bir sıra problemlər yaranıb:

“Yağış yollarda, tikinti meydançalarında olan qum, palçıq və bir sıra məişət tullantılarını sularla birgə bizim xətlərə və kollektorlara gətirib. Artıq güclü yağış yağan gündən başlayaraq, həm Bakı Su-Kanal İdarəsi, həm də Rayon Su-Kanal İdarələri xətlərin yuyulması ilə məşğuldurlar.

Gecə saatlarında şəhərin mərkəzi küçələrində, gündüzlər isə isə ətraf ərazilər – Babək, Nəcəfqulu Rəfiyev, Xətai prospekti və digər istiqamətdə işlər davam etdirilir. Bakı Su-Kanal İdarəsi iri diametrli kollektorların yuyulması, Rayon Su- Kanal İdarəsi isə kanalizasiya baxış quyularının təmizlənməsi və yuyulması işlərini həyata keçirir”.

Anar Cəbrayıllı bildirib ki, ASC xüsusi texnikalardan istifadə edir ki, xətlər yüksək təzyiqlə yuyulsun və məişət tullantıları təmizlənsin:

“2012-2014-cu illərdə gördüyümüz işlər nəticəsində elə kollektorlar var idi ki, onların tam ötürücülük qabiliyyəti 30-40 faziə düşmüşdü. Gördüyümüz işlər nəticəsində tam ötürücülük qabiliyyətini bərpa etdik”.

ASC rəsmisi qeyd edib ki, hər il yağış barmaqlıqları yuyulur ki, güclü yağışlar zamanı tam gücü ilə işləsin.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *