Bakı polisi avtomobillərdən oğurluq edən 2 nəfəri saxlayıb

Median.Az xəbər verir ki, M.Ə.Rəsulzadə qəsəbəsində Bakı şəhər sakini E.Nəsirovun “London-Taxi” markalı avtomobilindən 70 manat, H.Babaşov küçəsində isə R.Kərimovun “Mercedes” markalı avtomobilindən 600 manat oğurlanması barədə Binəqədi RPİ-nin 7-ci polis bölməsinə müraciətlər daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini olan bir yeniyetmə saxlanılıb və istintaqa təqdim edilib.

Bundan başqa, Nəsimi RPİ 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, M.Fərəcullayevin “İsuzu” markalı avtomobilindən 120 manat oğurlayan Beyləqan rayon sakini Polad Bayramov saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *