Badamdarda sürüşmə davam edir – SON VƏZİYYƏT (VİDEO)

Səbail rayonu, Badamdar qəsəbəsi Badamdar şosesində (Badamdar-20-ci sahəni birləşdirən yol) kəskin maili dağ yamacında sürüşmə baş verib.

Bunu oxu.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

“Böyük bir ərazini əhatə edir. Sürüşmə torpaq qatının eni 200-250 metrdir. İstinad divarının bir hissəsi tamamilə çöküb, uçub. Sürüşmə qatının hündürlüyü 20 metrdən artıqdır”, – deyə o bildirib.

Əziz Qaralov qeyd edib ki, torpaq kütləsi magistral yola çatıb:

“Ən son məlumata görə, sürüşmənin dinamikasında aktivlik dayanmayıb. İstinad divarından aşağıda sürüşmə kütləsinin hərəkəti davam edir. Ərazidə yaşayan sakinlərə xəbərdarlıq edilib”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *