Bakıda qadının pulunu oğurlayan Mingəçevir sakini tutulub

Median.Az xəbər verir ki, Xətai RPİ 35-ci və 37-ci polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 11-də paytaxt sakini olan bir qadının çantasından 50 manat oğurlayan, qrupun digər üzvü – Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Xəlilov saxlanılıb.

Şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə olan heroin götürülüb.

Xətai RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq davam edir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *