Binəqədi rayonunda arvadını öldürən şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində Mahir Alıyevin CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az xəbər verir ki, bu ilin mart ayında Binəqədi rayonunda yaşayan Mahır Alıyev qısqanclıq zəmnində həyat yoldaşı Mehriban Alıyevanı qətlə yetirib. O, Binəqədi RPİ-nin əməkdaşları tərfindən saxlanılıb və istintaqa təqdim edilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *