Quşçuluq fermasında bədbəxt hadisə – Şifer qırıldı, qoca kişi öldü

Göygöl rayonunda 79 yaşlı kişi hündürlükdən yıxılıb ölüb.

Median.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Molla Cəlilli kəndi ərazisində baş verib.

Kəlbəcər rayonunun Qılınclı kəndində qeydiyyatda olan, Göygöl rayonunun Murovdağ qəsəbəsində məskunlaşmış, 1939-cu il təvəllüdlü Bayramov Xanlar Bəylər oğlu Molla Cəlilli kəndindəki quşçuluq fermasında nərdivanda elektrik işləri görərkən nərdivanın söykəndiyi şifer qırılıb.

Nəticədə nərdivanın yuxarı hissəsindən yıxılan X.Bayramov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *