Badamdarda gərginlik davam edir

Badamdar sürüşmə zonasında monitorinqlərin nəticəsinə əsasən gərginlik qalmaqdadır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən sürüşmə sahəsindəki süxur kütlələrinin yerdəyişməsi qeydə alınıb.

Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *