Paytaxtın mərkəzində “Audi”ni qaçıran şəxs saxlanılıb

Median.Az xəbər verir ki, Səbail RPİ 9-cu polis bölməsinə müraciət edən Bakı şəhər sakini P.Babayeva, oktyabrın 26-da İstiqlaliyyət küçəsindən “Audi” markalı avtomobilinin qaçırıldığını bildirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Anar Əhmədov avtomobillə birgə R.Behbudov küçəsində polis əməkdaşları tərəfindən saxlanılıb.

Səbail RPİ-də faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *