Neftçalada keçmiş məhkum qohumunu öldürüb

Median.Az xəbər verir ki, noyabrın 24-də Neftçala rayon sakini Vaqif Kəlbiyevin üzərində bıçaq xəsarətləri olan meyiti yaşadığı evin qarşısında aşkar edilib.

Neftçala RPŞ və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qətli münaqişə zəminində törədən V.Kəlbiyevin qohumu, rayon sakini, əvvəllər məhkum olunmuş İbrahim İbrahimov saxlanılıb.

Faktla bağlı CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *