Xaçmazda avtomobillə vurulan 53 yaşlı kişi öldü

Xaçmaz-Quba yolunda piyada ölümü ilə nəticələnən yol-qəzası baş verib.

Hadisə axşam saatlarında Xaçmaz rayonu, Armudpadar kəndi ərazisindən keçən, Xaçmaz-Quba avtomobil yolunun 3-cü kilometrliyində qeydə alınıb.

Belə ki, Quba rayon sakini, 1965-ci il təvəllüdlü Abdullayev Abdulla Seyfəl oğlu idarə etdiyi “VAZ 21214” markalı, “40-BX-322” dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayon sakini, 1965-ci il təvəllüdlü Nəsirov Ədalət Qəzənfər oğlunu vurub.

Hadisə nəticəsində Ə.Nəsirov aldığı bədən xəsarətlərindən dünyasını dəyişib.

Faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq bölməsində CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
//oxu.az