Gəncədə qətl törədən şəxs saxlanılıb

Median.Az xəbər verir ki, dekabrın 10-u gecə saat 1 radələrində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Katibli kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb.

Polis əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti münaqişə zəminində törədən Goranboy rayon sakini Azər Nağıyev saxlanılıb.

Gəncə şəhər prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.