CNN Qobustan haqqında: Açıq səmada inanılmaz muzey – VİDEO

Məşhur ABŞ televiziya kanalı CNN UNESCO-nun ümumdünya irsi hesab olunan və qaya üzərindəki qədim təsvirlərlə tanınan Qobustan dövlət tarixi-bədii qoruğu haqqında foto və video materiallar paylaşıb.

“Qaya üzərində incəsənət və nəğmə söyləyən daşlar ölkəsi” adlı süjetdə deyilir:

“Azərbaycanın Qobustan dövlət qoruğu – 6000 petroqlifin və “nəğmə söyləyən” daş olan Qavaldaşın qorunduğu səma altına inanılmaz bir muzeydir”