Sabunçu polisi keçmiş məhkumdan narkotik və qumbara aşkar edib

Median.Az xəbər verir ki, Sabunçu RPİ 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş Sərxan Çobanov saxlanılıb. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə – marixuana və güclü təsiredici xüsusiyyətə malik olan metamfetamin götürülüb.

Əlavə olaraq onun Bakıxanov qəsəbəsindəki yaşadığı evdən “F-1” qumbarası aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.