Sumqayıt və Şirvanda narkotik satan 2 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Kotec qəsəbə sakini, əvvəllər məhkum olunmuş Sakit Musayevdən 465 qram marixuana aşkar edilib.

Bundan başqa, Şirvan ŞPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Arif Əliyevdən 425 qram marixuana götürüblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *