Yevlaxda fermadan 45 baş inək oğurlayan çoban saxlanılıb

Median.Az xəbər verir ki, Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin oktyabr ayından dekabrın 12-dək olan müddətdə Səmədabad kəndi ərazisindəki fermadan 45 baş inək oğurlayan, orada çoban işləyən Bərdə rayon sakini Nofəl İsmayılov saxlanılıb.

RPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *