Gəncədə qətl baş verib

Median.Az xəbər verir ki, dekabrın 24-də Gəncə şəhərinin Məhsəti qəsəbəsi ərazisindən şəhər sakini Elçin Həsənovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Gəncə ŞPİ-nə məlumat daxil olub.

İstintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli törədən Gəncə şəhər sakini İbrahim Quliyev müəyyən edilərək saxlanılıb.

Gəncə şəhər prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *