“Gənclik” stansiyasında telefon oğurlayan şəxs saxlanılıb

Median.Az xəbər verir ki, dekabrın 27-də Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın, dekabrın 24-də metronun “Gənclik” stansiyasının platformasında cibindən mobil telefonunun oğurlandığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Hafiz Hüseynov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *