Səbail rayonunda oğurluq edən şəxsdən külli miqdarda narkotik götürülüb

Median.Az xəbər verir ki, Səbail RPİ 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il martın 28-dən dekabrın 20-dək olan müddətdə, rayon ərazisində 2 nəfərin velosipedlərini, daha 2 nəfərin əl arabalarını oğurlayan Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Atif Talıbov saxlanılıb.

Ondan 460 qram marixuana götürülüb.

Səbail RPİ İstintaq şöbəsində faktla bağlı cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *