Nəsimi rayonunda avtomobdən oğurluq edən keçmiş məhkum saxlanılıb

Median.Az xəbər verir ki, Nəsimi RPİ 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini A.Qazıyevanın “Opel” markalı avtomobilindən, içərisində 100 manat pul, sənəd, geyim əşyaları və açar olan çantanı oğurlayan Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Mustafa Sarıyev saxlanılıb.

Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 177.1-ci (oğruluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *