Hövsanda evdən 12000 dollar oğurlayan şəxs tutulub

Median.Az xəbər verir ki, Suraxanı RPİ 30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 7-də rayon ərazisindəki evdən 12.000 dollar, qızıl-zinət əşyaları və qol saatı oğurlayan Hövsan qəsəbə sakini Sergey Pimenov saxlanılıb.

Daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.

Suraxanı RPİ İstintaq şöbəsində CM-nin 177.2.3-cü (oğurluq, qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *