Bakıda çay evində qan töküldü

Gecə saatlarında paytaxtın Binəqədi rayonunun Mir Cəlal küçəsində bıçaqlanma hadisəsi baş verib.

1975-ci il təvəllüdlü Abdulkərimov Elşən Həsən oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Hadisə, həmin ərazidə olan çay evlərinin birində baş verib.

Yaralı təcili olaraq 1 saylı Şəhər Klinik xəstəxanasına çatdırılıb. E.Abdulkərimova qarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Xəstənin vəziyyəti hazırda orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.//oxu.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *