Bakı-Həştərxan aviareysi ilə ilk uçuşun tarixi açıqlandı

Bakı-Həştərxan aviareysi üzrə ilk uçuş mayın 16-da həyata keçiriləcək.

Uçuşlar həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı “Buta Airways” tərəfindən “Embraer E-190” təyyarələri vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, ötən ilin dekabrın 18-19-da Həştərxandan olan nümayəndə heyəti Azərbaycana səfər edib.

Prezident İlham Əliyev dekabrın 19-da Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Səfər zamanı Bakı-Həştərxan aviareysinin bərpa edilməsi müzakirə edilən əsas məsələlərdən biri olub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *