Fərdanın boşanmaq üzrə olduğu xanımı: Ailəmizin dağılmasına səbəb o qadın və dünyaya gətirdiyi uşaqdır – FOTO

Aktyor Fərda Xudaverdiyevin boşanma mərhələsində olduğu xanımı ayrılıq səbəbini açıqlayıb.

Günel Xudaverdiyeva bu barədə sosial şəbəkədə yazıb:

“Mən Xudaverdiyeva Günel Ferda Xudaverdiyevin ilk və əsl həyat yoldaşı olmuşam. Amin və Mətini dünyaya gətirən ana mənəm.

9 illik xoşbəxt ailə həyatım var idi. Qayınanam, baldızım, qayınatamla heç bir problemim olmayıb. Lakin bu qadın – Fərdanın üçüncü oğlu Raulun anası dəfələrlə mənim ailəmdə probləmlər yaradıb.

9 il kənardan bu ailəni dağıtmaq üçün əlindən gələni edib. O qadın dəfələrlə Fərdanın içki məclislərində olub! Sonda bizim ailəmizin dağılmasına səbəb o və dünyaya gətirdiyi uşaqdır. O uşaq biz ailəli olarkən dunyaya gəlib. Boşanma prosesi ötən ilin noyabrında başlayıb, o uşaqın 1 yaşı isə martda olacaq.

Bu zamana kimi kənardan izləyirdim! Amma dünənkipaylaşımlardan sonra susa bilmədim. O uşaq mənim oglanlarımın qardaşı deyil, ola da bilməz”!

Qeyd edək ki, G.Xudaverdiyevanın belə bir açıqlama verməsinə səbəb F.Xudaverdiyevin “İnstagram”da dünənki paylaşımı olub. Aktyor qeyri-rəsmi nikahdan doğulan oğlunun rəsmini rəsmi həyat yoldaşından dünyaya gələn iki oğlu ilə birlikdə paylaşaraq “Mənim aslanlarım”yazıb.
//Baku.ws



Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *