Zabrat sakinindən 0,5 kq. heroin aşkar edilib

Median.Az xəbər verir ki, Sabunçu RPİ 15-ci polis bölməsinin əməkdaşları əldə etdikləri məlumat əsasında Zabrat qəsəbə sakini B.Axundovu saxlayıblar. Şəxsi axtarış zamanı ondan narkotik vasitə – heroin götürülüb.

Onun yaşadığı evdən əlavə olaraq 509 qram heroin aşkar edilib.

Sabunçu RPİ İstintaq şöbəsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə və saxlama) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *