Qaraçuxur ərazisindən silah-sursat tapılıb

Bakının Qaraçuxur qəsəbəsində silah-sursat tapılıb.

Median.az xəbər verir ki, bu haqda DİN Mətbuat Xidmətindən məlumat verilib.

Daxil olmuş məlumat əsasında Əlahiddə Çevik Polis Alayı və Suraxanı RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Qaraçuxur qəsəbəsi ərazisindən 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 2 ədəd “F-1” qumbarası, 2 ədəd alışdırıcı və 7 ədəd patron tapılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *