İranda havanın çirkliliyi təhlükəli həddə çatıb

İranın Ərak şəhərində havanın çirkliliyi həssas insanlar üçün təhlükəlidir.

Median.az Trend-ə istinadən bildirir ki, bunu İranın Mərkəzi vilayəti Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin direktoru Rza Mirzayi deyib.

Mirzayinin sözlərinə görə, hava keyfiyyətinin göstəricisi bu gün 41 mikroqram/kubmetrə çatıb. Bu da havanın təhlükəli olduğunu göstərir.

İranın Kirmanşah vilayəti Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin direktor müavini Azər Vəlizadə vilayətin 4 şəhərində – Qəsre-Şirin, Kirmanşah, Pavə və Kəngavər şəhərlərində hava çirkliliyinin xəbərdarlıq səviyyəsində olduğunu deyib.

Vəlizadə əlavə edib ki, hava çirkliliyi Qəsre-Şirində 239 mikroqram/kubmetr, Kirmanşahda 331 mikroqram/kubmetr, Pavədə 238 mikroqram/kubmetr və Kəngavərdə 197 mikroqram/kubmetrdir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *