Nizami rayonunda quldurluq edən 2 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Nizami RPİ 25-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 26-da Bakı şəhər sakini C.Əhmədovun mobil telefonunu quldurluq yolu ələ keçirən Şabran rayon sakinləri E.Mənsimov və əvvəllər məhkum olunmuş M.Kamilov saxlanılıblar.

Nizami RPİ İstintaq şöbəsində CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *