İsmayıllıda marşrut avtobusu qadını vuraraq öldürüb VIDEO – FOTO

İsmayıllı rayonunda marşrut avtobusu qadını vuraraq öldürüb.

Median.Az report-a istinadən verdiyi məlumatına görə, rayon sakini Nərgiz Bağıyeva yolu keçərkən 2 saylı marşrut avtobusu onu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, N.Bağıyeva İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında operator vəzifəsində çalışırmış.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *