Ağdaşda canavarlar sürüyə hücum etdi: 3 heyvan tələf oldu, 3-ü yaralandı – FOTO

Ağdaşda canavarlar qoyub sürüsünə hücum ediblər.

Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Yenicə kəndində baş verib. Kənd sakini Nemət Şirinov bildirib ki, örüşdə olan zaman vəhşi heyvanlar sürüyə soxulublar.

Canavarlar xırdabuynuzlu 3 baş heyvanı öldürüb, daha üçünü isə yaralayıblar. Təsərrüfat sahibinin səs-küy salmasından sonra heyvanlar ərazidən uzaqlaşıblar.

Rayon baytarlıq xidmətinin əməkdaşları ölmüş heyvanları dezinfeksiya etdikdən sonra basdırıblar, yaralılara isə tibbi yardım göstərilib.

Qeyd edək ki, analoji hadisə bu günlərdə Goranboy və Şəkidə də qeydə alınıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *