Samir Şərifov: Azərbaycana investisiya reytinqi verilməlidir

Dünyanın aparıcı reytinq agentlikləri olan “Standard and Poor’s”, “Moody’s” və “Fitch” Azərbaycanın kredit reytinqini “BB+” səviyyəsində müəyyən edib, lakin biz bu reytinqdən narazıyıq. Hesab edirik ki, Azərbaycanın reytinqi 1 pillə də yuxarı, yəni əvvəlki “BBB-” səviyyəsində olmalıdır.

Azərbaycanın maliyyə naziri Samir Şərifov dövlət televiziyasına müsahibəsində ölkəmizə investisiya reytinqi verilməli olduğunu vurğulayıb.

“Çünki Azərbaycan iqtisadi böhrandan sonra problemlərini, xüsusilə borc problemini uğurla həll edib, valyuta ehtiyatları kifayət qədər artıb, odur ki, ölkənin reytinqinin qaldırılması üçün zəmin yaranıb”, – deyə nazir bildirib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *