Azərbaycanda ana ölümü azalıb, körpə ölümü isə…

Azərbaycanda ana ölümü göstəricisi azalıb.

Median.Az Trend-ə istinadən bildirir ki, 2017-ci ildə ana ölümü əmsalı hər 100 min diri doğulana 14,6 olub. 2018-ci ildə isə bu göstərici 12,2-yə enib.

Körpə ölümünə gəlincə isə 2016-cı ildə respublikada bu göstəricisi 11,4 (1 yaşa qədər hər 1000 nəfər diri doğulana) promilli olub.

Məlumata görə, 2017-ci ildə körpə ölümü göstəricisi 11,1 promilliyə enib, 2018-ci ildə də bu göstərici dəyişməyərək eyni səviyyədə qalıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *