Sabunçu sakininin evindən 1 kq. heroin aşkar edilib

Median.Az xəbər verir ki, Sabunçu RPİ 42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş Rüstəm İmanov saxlanılıb.

Şəxsi axtarış zamanı onun üzərindən 3,884 qram tiryək götürülüb.

R.İmanovun yaşadığı Ləhiş bağlar massivindəki evdən 1 kq. 7 qram heroin, 6 ədəd süngü-bıçaq və 1 ədəd kustar üsulla hazırlanan balta aşkar edilib.

Sabunçu RPİ İstintaq şöbəsində faktla bağlı cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *