Bakıda avtomobillərdən oğurluq edən 2 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Yasamal RPİ 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 16-da, Bakı şəhər sakini V.Mahmudovun “Mercedes” markalı avtomobilindən 200 manat və gödəkçə oğurlayan paytaxt sakini N.Cəfərov saxlanılıb.

Bundan başqa, Binəqədi RPİ 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini E.Ağazadənin “BMW” markalı avtomobilindən noutbuk və sənəd oğurlayan Şəmkir rayon sakini S.Pənahov saxlanılıb.

Faktlarla bağlı istintaq aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *