Kürdəmirdə minik avtomobilləri toqquşub, xəsarət alan var – FOTO

Kürdəmir rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə şəhərin Bakı prospektində qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “Hyundai” markalı minik avtomobilləri toqquşub. Nəticədə “VAZ-2106”-ın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *