Bakıda 2 nəfərdən odlu silahlar götürülüb

Median.Az xəbər verir ki, Nəsimi RPİ 21-ci polis bölməsinin əməkdaşları daxil olan məlumat əsasında Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Məmmədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan “Revolver” tipli tapança və 6 ədəd patron aşkar edilib.

Bundan başqa, Binəqədi RPİ 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş N.Süleymanov 9-cu mikrorayon ərazisində saxlanılıb və ondan “Makarov” markalı tapança, 2 ədəd patron darağı və 9 ədəd patron götürülüb.

Faktlarla bağlı CM-nin 228.1-ci (qanunsuz olaraq odlu silahı əldə etmə, satma və ya saxlama) maddəlləri ilə istintaq aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *