Məktəbdən müəllimin döyülməsi xəbəri ilə bağlı AÇIQLAMA

Bakının 138 saylı orta məktəbi bu təhsil müəssisəsində müəllimin şagirdlər tərəfindən döyülməsi ilə bağlı məlumatlara aydınlıq gətirib.

Median.Az bildirir ki, məktəbdən Trend-ə verilən məlumata görə, martın 27-də məktəbdə pedaqoji təcrübə keçən Azərbaycan Dillər Universitetinin tələbəsi məktəbdə siqaret çəkdiyi üçün XI sinif şagirdi ondan siqaret çəkməməsini xahiş edib:

“Dərsdən sonra pedaqoji təcrübə keçən tələbə şagirdi məktəbdən kənara çağırıb və onlar arasında mübahisə baş verib. Məktəb rəhbərliyinə məlumat hüquq-mühafizə orqanından verilib”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *