Bakıda narkotiklərlə əlaqədar 2 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Nəsimi RPİ 20-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini T.Hümbətovdan 410 qram heroin aşkar ediblər.

Bundan başqa, Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini N.Eskəndərov saxlanılıb, şəxsi axtarış zamanı ondan 460 qram olan marixuana götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *