Bakı-Sumqayıt yolunda ağır qəza: ölən var

Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az ONA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 17:30 radələrində Bakı-Sumqayıt yolu, Xırdalan qəbiristanlığının qarşısında qeydə alınıb. Bakı şəhəri istiqamətində hərəkətdə olan “Mercedes” markalı maşın yolu keçən piyadanı vurub. Piyadanın öldüyü bildirilir.

Qəza səbəbindən Bakı-Sumqayıt yolunda tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *